Xorvatiya millisinə yeni futbolçu cəlb olundu

Futbol 17.03.2019 15:39
Xorvatiya millisinə yeni futbolçu cəlb olundu
423 Dəfə oxunub
AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda milli komandamızla qarşılaşacaq Xorvatiya yığmasına yeni oyunçu dəvət olunub.

Baş məşqçi Zlatko Daliç ehtiyat oyunçular siyahısında yer alan Karlo Bartoletsi komandaya cəlb edib.  Bir çox futbolçular zədəli olduğu üçün Daliç belə addım atıb.

Danimarkanın “Nordşelland” klubunda çıxış edən 23 yaşlı müdafiəçi millinin heyətində bir oyun keçirib.

Xatırladaq ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.