Litva yığmasında dəyişiklik

Futbol 18.03.2019 11:56
Litva yığmasında dəyişiklik
390 Dəfə oxunub
Milli komandamızla  yoldaşlıq oyunu keçirəcək Litva yığmasının heyətində dəyişiklik olub.

Müdafiəçi Valdemar Borovski zədələnib.

"Riteriai"nin 34 yaşlı futbolçusu “Jalgiris”lə oyunda zədə alıb. Yığmanın baş məşqçisi Valdas Urbonas onu “Kauno Jalgiris”dən Egidius Vaytkunasla əvəzləyib.

Xatırladaq ki, martın 22-də AÇ-2020-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşacaq Litva 25-də Bakıda yığmamızın qonağı olacaq.