Xorvatiya - Azərbaycan oyunun hakimləri müəyyənləşdi

Futbol 18.03.2019 14:21
Xorvatiya - Azərbaycan oyunun hakimləri müəyyənləşdi
707 Dəfə oxunub
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan görüşünün hakimi müəyyənləşib. Oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.

Xatırladaq ki,  Xorvatiya - Azərbaycan matçı martın 21-də saat 23:45-də başlayacaq və CBC Sport-la canlı yayımlanacaq.