Ayaz Quliyev turisti döyüb

Futbol 12.04.2019 12:11
Ayaz Quliyev turisti döyüb
157 Dəfə oxunub
Moskva “Spartak”ının futbolçusu Ayaz Quliyev insident törədib. 22 yaşlı yarımmüdafiəçi Moskva küçələrinin birində amerikalı turistlə dalaşıb.

Quliyev idarə etdiyi maşınla svetoforun qırmızı işığında yolu keçib. Bu zaman onun avtomobili piyada keçidindən keçən amerikalı turist Maykl Ko Couns Eliyə toxunub. Nəticədə tərəflər arasında dava düşüb. Gənc futbolçu amerikalının burnunu qırıb. Hadisə yerinə polis və təcili tibbi yarım gəlib.

Quliyev əvvəlcə günahın turistdə olduğunu, onun maşınına zərbə vurduğunu desə də, daha sonra səhvini etiraf edib və qarşı tərəfdən dəfələrlə üzr istəyib. O, turistin xəstəxana xərcini də üzərinə götürüb. Cons Eli isə futbolçudan şikayətçi olmadığını bildirib.

Bu gün bununla bağlı futbolçu açıqlama yayaraq, bir daha futbol ictimaiyyətindən üzr istəyərək, çox utandığını deyib. "Spartak" klubu isə rəsmi saytda Ayaz Quliyevə ağır cəza verəcəyini yazıb.