Ayaz Quliyevə "Spartak"dan ağır cəza

Futbol 12.04.2019 15:31
Ayaz Quliyevə "Spartak"dan ağır cəza
227 Dəfə oxunub
"Spartak" azərbaycanlı futbolçusu Ayaz Quliyevi 5 milyon rubl (132 min manat) cərimələyib. Bu məbləğ onun əmək haqqından çıxılacaq. Quliyev Moskva klubunda ayda təxminən 6 milyon rubl qazanır.

Bundan başqa, müdafiəçini əsas komandadan uzaqlaşdıraraq, əvəzedicilərə göndəriblər. Amma onun əvəzedicilərin heyətində meydana çıxmasına da qadağa qoyulub.

Xatırladaq ki, Quliyev svetaforun qırmızı işığında maşınla keçmək istəyərkən piya keçidində olan amerikalı turistə azacıq toxunub. Bundan sonra maşından düşən futbolçu piyadaya çataraq, onu döyməyə başlayıb. Zərbələrdən sonra amerikalının burnu sınıb.