MOIK Premyer Liqaya vəsiqəni təmin etdi

Futbol 12.04.2019 18:45
MOIK Premyer Liqaya vəsiqəni təmin etdi
144 Dəfə oxunub
Azərbaycan birinci divizionunda 22-ci tura yekun vurulub.

Lider MOİK evdə "Keşlə-2"yə 2:1 hesabı ilə qalib gəlib. "Hərbçilər" bu qələbə ilə xalını 56-a çatdıraraq sona 4 tur qalmış 3-cü pillədə qərarlaşan “Zaqatala” üçün əlçatmaz olub. Bu isə Azər Bağırovun komandasına Premyer Liqaya vəsiqə qazandırır.  

Reqlamentə əsasən, MOİK gələn mövsüm Premyer Liqada iştirak hüququ əldə edib.


22-ci tur

MOİK - "Keşlə-2" - 2:1
Qollar: Orxan Həsənov, 16; İbrahim Qədirzadə, 63 - Nurlan Quliyev, 74

"Səbail-2" - "Qaradağ Lökbatan" - 2:3
Qollar: Ruslan Hacıyev, 35; Aslan Hüseynov, 42 - Rövşən Şahmuradov, 45; Aqşin Muxtaroğlu, 52-pen. Emin Mehtiyev, 53

"Zirə-2" - "Turan Tovuz" - 2:1
Qollar: Nurlan Rzazadə, 16, 28 - İlkin Sadıqov, 13-pen.