Manolova Avropa çempionu oldu

Futbol 12.04.2019 23:13
Manolova Avropa çempionu oldu
372 Dəfə oxunub
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

Azərbaycan təmsilçiləri 1 qızıl və 3 bürünc medal qazanıblar.

65 kq çəki dərəcəsində yer alan Elis Manolova finalda rumıniyalı Krista İnçeni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) və isə bürünc medala sahib olublar. Həlledici görüşdə Kolesnik bolqarıstanlı Mimi Nikolova Xristovanı 10:2, Omelçenko ukraynalı İlona Prokopevnyuku 6:4 hesabı ilə yenib.

Daha bir bürünc medalı isə ötən gün Elmira Qəmbərova (59 kq) qazanıb. Beləliklə, Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 1 qızıl, 3 bürünc medalla başa vurublar.