"Qəbələ" "Keşlə"yə, "Neftçi" "Səbail"ə qarşı

Futbol 14.04.2019 12:16
"Qəbələ" "Keşlə"yə, "Neftçi" "Səbail"ə qarşı
278 Dəfə oxunub
Bu gün Azərbaycan  Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

Günün ilk oyununda "Keşlə" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Qonaqların əsas mərkəz müdafiəçisi Voislav Stankoviç cəzalı olduğu üçün meydana çıxmayacaq.

Günün digər oyununda çempionluq uğrunda mübarizə aparan  "Neftçi" "Bayılda  "Səbail"in qonağı olacaq.  "Ağ-qaralar"ın kapitanı Emin Mahmudov sarı vərəqə limitini keçdiyi üçün "Səbail"ə qarşı oynaya bilməyəcək.

24-cü tur

14 aprel (bazar)

15:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
“ASK Arena”

18:00. “Səbail” – “Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
“Bayıl Arena”