"Neftçi" büdrədi, "Qarabağ" vahid lider oldu

Futbol 15.04.2019 01:12
"Neftçi" büdrədi, "Qarabağ" vahid lider oldu
325 Dəfə oxunub
Bu gün Azərbaycan  Premyer Liqasinda 24-cü tura yekun vurulub.

"Keşlə" evdə "Qəbələ"ni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun son oyununda isə "Neftçi" səfərdə "Səbail"i sınağa çəkib. Oyun 2:2 hesablı bərabərliklə bitib.

"Neftçi"nin bu xal itkisi "Qarabağ"ı turnir cədvəlinin vahid lideri edib. Ağdam klubu 54 xalla 1-ci, "ağ-qaralar" isə 52 xalla 2-cidir.



“Səbail” – “Neftçi” - 2:2
Qol: Mirabdulla Abbasov, 50, (0:1), Ədilxan Qarəhmədov, 80 (1:1), Ağabala Ramazanov, 85 (2:1), M.Mbodj, 90+6 (2:2)


“Keşlə” – “Qəbələ” - 1:2
Qollar: Ceyms Adeniyi, 46 (0:1), Davit Volkov, 64 (0:2),  Con Kamara, 76 (1:2)