Ruslan Qurbanov: "Bu, "Neftçi" üçün iki qat zərbədir"

Futbol 15.04.2019 10:30
Ruslan Qurbanov: "Bu, "Neftçi" üçün iki qat zərbədir"
289 Dəfə oxunub
"Səbail"in hücumçusu Ruslan Qurbanov "Neftmi" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.  O, oyunun maraqlı keçdiyini bildirib: "Stadiona gələnlər əsl futbol izlədilər. Hər iki komanda uduzmaq istəmirdi".

2:2 hesabı ilə başa çatan oyunu şərh edən futbolçu vacib 2 xal itirdiklərini bildirib:

"Neftçi" çempion olmaq, biz isə avrokuboka düşmək istəyirik. Gərgin oyun oldu. Təəssüf ki, 6-cı uzatma dəqiqəsində qol buraxdıq. Halbuki, baş hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə etmişdi. Hakimlik barədə danışmaq istəmirəm. Hamı hər şeyi gördü. "Neftçi" yaxşı komandadır, çempionluq uğrunda mübarizə aparır. Onlara uğur arzulayıram. İndi sıx qrafikləri var. Bu nəticə onlar üçün ikiqat zərbədir. Elə bizim üçün də. Çünki 3 xalın əvəzinə 1 xal götürdük".