"Mançester Siti" - "Tottenhem" matçının taleyini Çakır həll edəcək

Futbol 15.04.2019 15:19
"Mançester Siti" - "Tottenhem" matçının taleyini Çakır həll edəcək
318 Dəfə oxunub
Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb.

43 yaşlı türkiyəli hakim Çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" - "Tottenhem" cavab matçını idarə edəcək.

Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Artur Dias yerinə yetirəcək.

Qeyd edək ki, Londondakı matçda "Tottenhem" minimal hesablı qələbə qazanıb - 1:0.

Bu mərhələdəki "Barselona" (İspaniya) - "Mançester Yunayted" (ilk oyun 1:0) qarşılaşmasını almaniyalı Feliks Brıx, "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) oyununu (ilk oyun 1:1), fransalı Klement Turpin, "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) (ilk oyun 0:2) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək.