Qvardiola: "Yarımfinala vəsiqə qazanacağıq"

Futbol 15.04.2019 23:40
Qvardiola: "Yarımfinala vəsiqə qazanacağıq"
311 Dəfə oxunub
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Tottenhem"lə cavab oyunundan əvvəl mətbuata açıqlama  verib.

İspaniyalı mütəxəssis növbəti mərhələyə yüksələcəklərinə inandığını deyib: "Məncə, yarımfinala vəsiqə qazanacağıq, buna inanıram. İlk oyundan sonra hiss etdiyim bu idi. Matçı bir də izlədim. Bəlkə mən yanılıram, amma yarımfinala yüksələcəyimizi düşünürəm".

Qeyd edək ki, "Mançester Siti" - "Tottenhem" görüşü aprelin 17-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Mançester klubu 0:1 hesabı ilə uduzub.