Rüfət Dadaşov həm qol vurdu, həm burun sındırdı

Futbol 16.04.2019 11:52
Rüfət Dadaşov həm qol vurdu, həm burun sındırdı
388 Dəfə oxunub
Almaniyanın "Pröyssen" klubunda çıxış edən milli komandamızın hücumçusu Rüfət Dadaşov "Münhen 1860" komandasının futbolçusu Simon Lorentsin burnunu qırıb.

Top uğrunda mübarizə zamanı sifətindən dirsək zərbəsi alan 22 yaşlı müdafiəçinin üzündə kəsik yaranıb və burnu qırılıb. Lorents oyunu sarğıda və qoruyucu maska ilə başa vurub. Dadaşov isə bu hərəkətinə görə sarı vərəqə alıb.

Qeyd edək ki, görüş "Pröyssen"in qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Rüfət Dadaşov vurub. 33 turdan sonra "Pröyssen" 45 xalla 7-ci, "Münhen 1860" isə 44 xalla 9-cu pillədə qərarlaşıb.