Namiq Ələsgərov "Neftçi"yə qələbə gətirdi

Futbol 20.04.2019 01:27
Namiq Ələsgərov "Neftçi"yə qələbə gətirdi
202 Dəfə oxunub
Bu gün Azərbaycan çempionatında 25-ci tura yekun vurulub.

“Qəbələ” doğma meydanda "Zirə" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “Neftçi” “Sabah”ın qonağı olub. Matç "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Roberto Bordinin komandası lider "Qarabağ"la iki xallıq fərqi qoruyub.

“Sabah” – “Neftçi” - 0:2
Qol: Namiq Ələsgərov, 59, 63
Qırmızı vərəqə: Novruz Məmmədov, 55 ("Sabah" - iki sarı vərəqə)

.“Qəbələ” – “Zirə” - 2:1
Qollar: Davit Volkov, 21 (1:0), Ceyms Adeniyi, 56 (2:0), SadioTounkara, 71 (2:1)