Europa Final

Səmədov Avropa Liqasının səfiri oldu

Futbol 20.04.2019 12:49
Səmədov Avropa Liqasının səfiri oldu
215 Dəfə oxunub
Bakıda keçiriləcək Avropa Liqasının final oyununun daha bir səfiri müəyyənləşib.

Bu, Rusiyanın "Dinamo", "Lokomotiv", "Spartak" klublarında oynamış indi isə "Krılya Sovetov"da çıxış edən Aleksandr Səmədovdur. Əslən azərbaycanlı olan Rusiya milli komandasında 50-dən çox oyunda meydana çıxan futbolçu aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.

Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.