Europa Final

Ronaldodan daha bir rekord

Futbol 21.04.2019 11:03
Ronaldodan daha bir rekord
251 Dəfə oxunub
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub.

Turin klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo tarixdə İngiltərə, İspaniya və İtaliya çempionatlarının qızıl medallarını qazanan ilk futbolçu olub.

Forvard daha əvvəl "Mançester Yunayted"in heyətində üç dəfə İngiltərə çempionu, "Real"da isə iki dəfə İspaniya çempionu olub.

34 yaşlı Ronaldo "Yuventus"a ötən ilin yayında "Real"dan keçib. Onun transfer məbləği 117 milyon avro təşkil edib. O, cari mövsümdə A seriyasında 27 oyununda  19 qol vurub.  

Ronaldo gələn mövsüm də "Yuventus"da qalacağını bildirib.