Ayaz Quliyev "Spartak"da ilk qolunu vurdu

Futbol 22.04.2019 00:34
Ayaz Quliyev "Spartak"da ilk qolunu vurdu
452 Dəfə oxunub
Bu yaxınlarda amerikalı turisti döyərək adı qalmaqalda hallanmış "Spartak"ın azərbaycanlı futbolçusu Ayaz Quliyev "Yenisey"lə oyunda rəqib qapısına yol tapıb.

Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan matçda Quliyev 83-cü dəqiqədə Luis Adrianonun ötürməsindən sonra fərqlənib. Bu, Ayazın "Spartak"ın əsas heyətində vurduğu ilk qol olub.

22 yaşlı futbolçu "Spartak"ın yetirməsi olsa da, o, bir ara "Rostov"da icarə əsasında çıxış edib. Quliyev Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının üzvüdür.