Europa Final

"Qəbələ"də ciddi itki - "Qarabağ"a qarşı oynayamayacaq

Futbol 22.04.2019 14:35
"Qəbələ"də ciddi itki - "Qarabağ"a qarşı oynayamayacaq
132 Dəfə oxunub
"Zirə" ilə oyunda zədələnən "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının durumu ciddidir.

Ukraynalı qolkiper 2-3 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, 36 yaşlı qapıçı ölkə kubokunun yarımfinalında "Qarabağ"la keçiriləcək oyunları, çempionatda  isə ən azı "Səbail" və "Neftçi" ilə görüşləri buraxacaq.

Qeyd edək ki, "Qəbələ" sabah "Qarabağ"la öz meydanında, mayın 1-də isə səfərdə qarşılaşacaq.(qol.az)