Europa Final

Millimizin üzvü Çexiyada bombardirlər arasında

Futbol 22.04.2019 18:31
Millimizin üzvü Çexiyada bombardirlər arasında
228 Dəfə oxunub
"Slavya”ın gənclər komandasında çıxış edən 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fərid Nəbiyev Çexiyada növbəti qollarını vurub.

Gənc hücumçu pley-off mərhələsində 3-cü turun “Çeske-Budeyevitse” ilə oyununda dubl edib. Meydana start heyətdə çıxan həmyerlimiz 68-ci dəqiqədə əvəzlənib. Görüş "Slaviya"nın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 20 yaşlı hücumçu bu mövsüm “Slaviya”nın heyətində 17 qol vurub. O, Çexiya Gənclər Liqasının bombardiridir.