Europa Final

"Neftçi"də ağır itki - "Qəbələ" və "Qarabağ"a qarşı oynamayacaq

Futbol 22.04.2019 21:45
"Neftçi"də ağır itki - "Qəbələ" və "Qarabağ"a qarşı oynamayacaq
193 Dəfə oxunub
"Sabah”la oyunda zədələnərək əvəzlənən"Neftçi"nin müdafiəçisi Kirilo Petrovun vəziyyətinə aydınlıq gəlib.

Klubun saytının yaydığı xəbərə görə, tibbi baxışdan sonra ukraynalı futbolçu budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacaq. Bu isə o deməkdir ki, onun üçün bu mövsüm artıq başa çatıb. Beləliklə, Petrov ölkə çempionatında  "Sumqayıt" (27 aprel), "Qəbələ" (5 may) və "Qarabağ"la (11 may) görüşləri buraxacaq.

Qeyd edək ki, Kirilo Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.