Europa Final

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Sumqayıt"a qarşı

Futbol 23.04.2019 13:11
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Sumqayıt"a qarşı
176 Dəfə oxunub
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

İlk oyun  Qəbələdə olacaq. Orada yerli komanda "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi  bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gəlib. "Qəbələ"nin heyətində əsas qapıçısı Dmitri Bezotosnı zədəli olduğundan, qapını Anar Nəzirov qoruyacaq.

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ın qonağı olacaq. Premyer Liqamızda uğursuz mövsüm keçirilən hər iki komanda kuboku qazanmaqla bunu unutdurmağa çalışır.  "Sumqayıt" həm də yüksək liqada qalmaq uğrunda mübarizə aparır. Bu oyun həm də baş məşqçilər baxımdan maraqlıdır. "Sumqayıt"a "Zirə"nin sabiq çalışdırıcısı Ayxan Abbasov rəhbərlik edir, ""Zirə"də isə əvəllər "Sumqayıt"da işləmiş Samir Abasov baş məşqçidir.  

Hər iki oyun CBC Sport-la canlı yayımlanacaq.


Qeyd edək ki, cavab oyunları mayın 7-də keçiriləcək.


23 aprel (çərşənbə axşamı)

16:00.“Qəbələ” – “Qarabağ”
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

18:30.“Sumqayıt” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”