Essyen zədələndi

Futbol 24.04.2019 17:19
Essyen zədələndi
328 Dəfə oxunub
"Səbail"in ulduz futbolçusu Maykl Essyen zədələnib.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, qanalı yarımmüdafiəçi ayaq barmağıdankı xroniki zədədən əziyyət çəkir:

"Essyen iki gündür komanda ilə məşq etmir. Çox güman ki, növbəti oyunu buraxmalı olacaq" - deyə Hacıyev bildirib.

Qeyd edək ki, "Səbail" aprelin 27-də "Qəbələ"ni qəbul edəcək.