Turun bütün oyunları eyni gündə

Futbol 27.04.2019 12:57
Turun bütün oyunları eyni gündə
436 Dəfə oxunub
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

Turun bütün matçları eyni gündə oynanılacaq.

Əvvəlcə lider  “Qarabağ” "Zirə"nin qonağı olacaq. Ağdam klubu liderliyi qorumaq üçün qələbə qazanmağa çalışacaq.

Bayılda isə “Səbail” “Qəbələ” ilə üz-üzə gələcək. Görüş üçüncü pillənin sahibinin müəyyənləşməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Günün son oyununda isə “Neftçi” “Sumqayıt”la qarşılaşacaq. Paytaxt klubu oyuna ciddi itkilərlə çıxacaq. Kiril Petrov zədəli, Mbodj isə cəzalı olduğu üçün meydana çıxmayacaq.

Qeyd edək ki, "Zirə" - "Qarabağ" və "Neftçi" - "Sumqayıt" oyunları CBC Sport-la canlı yayımlanacaq.


27 aprel

16:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu

17:00. “Sabah” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
“Əlincə Arena”

17:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“ASCO Arena”

19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”