"Qarabağ"a qızıl medallar "Neftçi"nin stadionunda təqdim olunacaq

Futbol 06.05.2019 23:44
"Qarabağ"a qızıl medallar "Neftçi"nin stadionunda təqdim olunacaq
280 Dəfə oxunub
Azərbaycan çempionatında 2018/2019-cu illər mövsümünün sonuncu turunun oyun cədvəli açıqlanıb.

Turun bütün görüşləri eyni gündə keçiriləcək.

"Neftçi" - "Qarabağ" matçından sonra  mükafatlandırma mərasimi təşkil olunacaq. "Qarabağ"a qızıl medallar "Neftçi"nin stadionunda  - "Bakcell Arena"da təqdim olunacaq.


11 may (şənbə)

15:00. “Səbail” – “Keşlə”
“ASCO Arena”

16:00. “Sabah” – “Zirə”
“Əlincə Arena”

16:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”, (CBC Sport/canlı)