Emeqara "Qarabağ"da qalmaq istəmir

Futbol 07.05.2019 12:26
Emeqara "Qarabağ"da qalmaq istəmir
283 Dəfə oxunub
“Qarabağ”ın futbolçusu İnnosent Emeqara klubun yeni müqavilə təklifini qəbul etməyib.

30 yaşlı isveçrəli hücumçu bu barədə “Bilck” portalına açıqla verib. Emeqaranın sözlərinə görə, Ağdam təmsilçisinin irəli sürdüyü şərtlər onu qane etməyib. Lakin Nigeriya əsilli forvard məsələnin hələ açıq qaldığını vurğulayıb: “Görək, nə baş verir”.

Qeyd edək ki, 2014/2015 mövsümündə də “Qarabağ”da çıxış etmiş İnnosent Emeqara ötən yay Ağdam klubuna qayıdıb. O, cari mövsümdə Premyer Liqada 11 oyuna 5 qol vurub.