"Qalatasaray" Babeli transfer edir

Futbol 07.05.2019 19:36
"Qalatasaray" Babeli transfer edir
900 Dəfə oxunub
"Qalatasaray" Hollandiya millisinin və "Fuhem"in futbolçusu Rayan Babellə razılıq əldə edib.

"NTV Spor"un yaydığı xəbərə görə, İstanbul klubu 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. Forvard 3 ilinə 10 milyon avro qazanacaq.

Qeyd edək ki, Babelin hazırkı klubu "Fulhem"lə müqaviləsi mövsümün sonunda başa çatır. Təcrübəli oyunçu bu ilin əvvəlində Türkiyənin digər komandası "Beşiktaş"dan London klubuna keçib.