"Neftçi" - "Qarabağ" oyununa fantastik qiymətlər

Futbol 11.05.2019 13:47
"Neftçi" - "Qarabağ" oyununa fantastik qiymətlər
383 Dəfə oxunub
"Neftçi” mövsümün son oyununda bu gün "Bakcell Arena"da “Qarabağ”la qarşılaşacaq.

Paytaxt klubunun rəsmi facebook səhifəsi bütün sektorlara bilet qiymətinin 50 manat olacağını açıqlayıb.

Paytaxt klubunun mövüm ərzində ev oyunlarında bilet qiyməti VİP yerlərə 5, digər sektorlarda isə 1 manat olub.

Xatırladaq ki, bu gün saat 18:00-da başlayacaq “Neftçi” – “Qarabağ” matçından sonra Ağdam klubuna qızıl medallar təqdim olunacaq.