Avropa Liqasının finalı italyanlara tapşırıldı

Futbol 13.05.2019 17:42
Avropa Liqasının finalı italyanlara tapşırıldı
219 Dəfə oxunub
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının hakimləri açıqlanıb.

"Arsenal" - "Çelsi" oyununu italiyalı hakimlər briqadası idarə edəcək.  

FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli kömək edəcək. Dördüncü hakim Daniele Orsato olacaq.  

Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.