Slavçev "Qarabağ"da qalacaq

Futbol 14.05.2019 12:44
Slavçev "Qarabağ"da qalacaq
196 Dəfə oxunub
"Qarabağ"ın bolqarıstanlı futbolçusu Simeon Slavçev gong. bg saytına müsahibəsində Ağdam klubundakı gələcəyi barədə danışıb. O, "Qarabağ"ı tərk etməyəcəyini deyib: "Mən "Qarabağ"ın bir parçasıyam. Klubla daha 2 illik müqaviləm var. İlk vaxtlarda mənə uyğunlaşmaq üçün bir az zaman lazım idi. Orada hamı ailə kimidir. Hər kəs mehriban və dostcanlıdır. Bu isə məni həm xoşbəxt edir, həm də sevindirir. Özümü daha yaxşı tərəfdən göstərib, komandanın növbəti çempionluğu qazanmasına kömək etmək istəyirəm".

Slavçev Azərbaycan və Bolqarıstan çempionatlarını da müqayisə etməyə çalışıb: "Hər həftə birinci liqanın oyunlarına baxsam da, onları müqayisə etmək çətindir. Azərbaycan çempionatı 8 komanda ilə keçirilir. Ancaq orada təşkilati məsələlər daha yüksək səviyyədədir. Stadionlar kiçik olsa da, futbol üçün əlverişlidir. Azarkeşlərə gəldikdə isə düşünürəm ki, bu barədə ölkələr bir-birinə oxşayır. Çempionatın səviyyəsini şərh edə bilmərəm. Yalnız onu deyə bilərəm ki, mənim çıxış etdiyim "Qarabağ" topa daha çox sahib olmaqla, baxımlı və kombinasiyalı oyun göstərir".