Bakı finalının maraqlı tərəfləri

Futbol 14.05.2019 14:45
Bakı finalının maraqlı tərəfləri
259 Dəfə oxunub
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı bəzi maraqlı faktları açıqlayıb.

Finalda kim oynayacaq?

Avropa Liqasının baş mükafatı uğrunda “Çelsi” və “Arsenal” yarışacaq. Bu klublar Çempionlar Liqasının 2003/04 mövsümünün 1/4 finalında üz-üzə gəliblər. “Çelsi” ümumi hesabda 3:2 qalib gələrək mərhələni keçib.  

Nominal meydan sahibi kimdir?

Mart püşkatması zamanı inzibati məqsədlər üçün nominal meydan sahibi müəyyənləşib. Bu, “Ayntraxt” – “Çelsi” cütünün (indiki halda “Çelsi” – red.) qalibi olub. Hər iki komandanın futbolçuları əsas formasında oynaya biləcək. Amma əgər rənglər üst-üstə düşsə, nominal qonaqlar (indiki halda “Arsenal” – red.) ehtiyat formanı geyinməli olacaq.

Final haradadır?

İlk dəfə olaraq Avropanın ən nüfuzlu kubokunun finalı Azərbaycanda keçiriləcək. Final Bakıdakı “Olimpiya” stadionunda olacaq. 2015-ci ildə açılışı olan bu arenada “Avro-2020”nin final mərhələsinin 4 matçı (üç qrup, bir 1/4 final oyunu) təşkil ediləcək. Stadion 70 minədək tamaşaçı tutur. Heç bir şübhə yoxdur ki, 1999-cu ildə Moskvada keçirilən finalın rekordu qırılacaq. Həmin vaxt “Parma” və “Latsio” arasındakı görüşü 62 min azarkeş izləyib.

VAR sistemi olacaqmı?

Bu, VAR sisteminin tətbiq olunacağı Avropa Liqasının ilk matçı olacaq. Bundan başqa, əgər əlavə vaxt olarsa, komandalar 4-cü oyunçu dəyişdirmək hüququ qazanacaq.

Hakimlər kimdir?

Matç italiyalı Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadasına tapşırılıb.

Qalib nə qazanacaq?

15 kiloqram ağırlığı olan Avropa Liqasının kuboku Avropada çəkisinə görə ən ağır klub mükafatıdır. Qalib komandanın futbolçu və məşqçi heyəti üçün ümumən 40 medal nəzərdə tutulub. Bundan başqa, Avropa Liqasının qalibi 2019/20 mövsümündən Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanacaq (maddi olaraq isə finalçı komandaların hər birinə 4,5 milyon avro, qalibə əlavə 4 milyon avro ayrılacaq – red.).