Avropa Liqasının finalı böyük ekranda göstəriləcək

Futbol 14.05.2019 22:49
Avropa Liqasının finalı böyük ekranda göstəriləcək
311 Dəfə oxunub
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu dünyanın ən böyük ekranında nümayiş olunacaq.

"Çelsi" - "Arsenal" matçı Moskvada "Music Media Dome"nin ən böyük proyeksiya ekranında göstəriləcək.

Avropa Liqasının finalı ilə yanaşı, həmin məkanda UEFA Çempionlar Liqasında İngiltərənin "Liverpul" və "Tottenhem" komandalarının da duelinə baxmaq olacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Çempionlar Liqasının finalı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddə Vanda Metropolitano stadionunda olacaq.