Europa Final

İtaliyalı futbolçu seçim qarşısında: "Neftçi", yoxsa "Qarabağ"?

Futbol 15.05.2019 12:09
İtaliyalı futbolçu seçim qarşısında: "Neftçi", yoxsa "Qarabağ"?
267 Dəfə oxunub
"Neftçi" Canluka Sansonedən sonra heyətinə daha bir italiyalı futbolçu qata bilər.

"Ağ-qaralar" Dieqo Fabbrini ilə maraqlanır. Rumıniyanın "Botoşani" klubu ilə müqaviləsi başa çatan 28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə azad agent kimə keçə bilər. Eyni zamanda, Fabbrini ilə  "Qarabağ"ın da maraqlandığı bildirilir.

Qeyd edək ki, "Empoli"nin yetirməsi olan yarımmüdafiəçi müxtəlif vaxtlarda ölkəsində "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərədə "Uotford", "Milluol", "Birmingem", "Midlsbro" və İspaniyada "Ovyedo" kimi klubların formasını geyinib. Son olaraq, "Botoşani"də çıxış edən Fabbrini 19 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 12 dəfə İtalliyanın U-21 yığmasına çağırılan futbolçu bir dəfə də əsas millinin formasını geyinib.