Europa Final

Rober Pires: "Bakı Londondan elə də uzaq deyil"

Futbol 15.05.2019 15:18
Rober Pires: "Bakı Londondan elə də uzaq deyil"
152 Dəfə oxunub
Fransa milli komandasının və "Arsenal"ın sabiq futbolçusu Rober Pires Bakıda səfərdədir. O, finalda iki London klubunun - "Arsenal" və "Çelsi"nin üz-üzə gəlməsinin çox maraqlı olacağını deyib. Pires finalda "Arsenal"a azarkeşlik edəcəyini bildirib: "Karyeramın 6 ilini bu klubda keçirmişəm. Eyni zamanda bu komandada səfir kimi fəaliyyət göstərirəm. "Arsenal"ın bu titulu qazanmasını gözləyirəm".

Fransalı veteran futbolçu Bakının Londondan elə də uzaq olmadığını deyib: "İki şəhər arasında təyyarə ilə cəmi 5 saatlıq yol var. Bu, həm "Arsenal", həm də "Çelsi" azarkeşləri üçün yeni ölkə və şəhəri kəşf etmək baxımından yeni imkandır. Avropa Liqasının finalı kimi tədbirə ev sahibliyi etmək Azərbaycan, xüsusən də Bakı şəhəri üçün çox gözəl imkandır".


Pires Bakı Olimpiya Stadionunda keçiriləcək final matçının təşkilati işləri ilə yaxından maraqlandığını da vurğulayıb: "Final matçına sponsorlardan birinin nümayəndəsi kimi cəlb olunuram. Azərbaycanlı azarkeşlərin futbol sevgisinə bələdəm. Stadion böyükdür. Hər iki komanda azarkeşləri üçün final matçının çox maraqlı keçəcəyinə inanıram".