Millimizin heyəti açıqlandı - Renat Dadaşov əsas komandaya çağırıldı

Futbol 16.05.2019 17:35
Millimizin heyəti açıqlandı - Renat Dadaşov əsas komandaya çağırıldı
329 Dəfə oxunub
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq milli komandamızın heyəti açıqlanıb. Komandamız  mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək.

Mayın 21-də, saat 18:15-də, “Bakcell Arena”da baş məşqçi Nikola Yurçeviçin mətbuat konfransı təşkil olunacaq.

Qapıçılar: Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Maqomedaliyev (Qarabağ).

Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Ömər Buludov (Neftçi), Bədavi Hüseynov, Rahil Məmmədov (hər ikisi Qarabağ), Anton Krivotsyuk (Neftçi), Pavel Paşayev (Aleksandriya, Ukrayna), Şəhriyar Rəhimov (Səbail), Bəhlul Mustafazadə (Qəbələ).

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda (hər ikisi Qarabağ), Eddi İsrafilov (Alkorkon, İspaniya), Emin Mahmudov (Neftçi), Əli Babayev, Aleksey İsayev (hər ikisi Sumqayıt), Dmitri Nazarov (Aue, Almaniya), Rəşad Eyyubov (Sabah), Namiq Ələsgərov (Neftçi), Araz Abdullayev (Qarabağ), Mahir Emreli (Qarabağ).

Hücumçular: Ramil Şeydayev (Krılya Sovetov), Rüfət Dadaşov (Proysen Münster, Almaniya), Mirabdulla Abbasov (Neftçi), Renat Dadaşov (Eştoril, Portuqaliya), Ağabala Ramazanov (Səbail).

Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.