Bakıdakı finalı buraxmalı oldu

Futbol 17.05.2019 12:56
Bakıdakı finalı buraxmalı oldu
247 Dəfə oxunub
Çelsi"nin futbolçusu  Ruben Loftus-Çik bu gün əməliyyat olunacaq.

"Nyu-İnqlend Revolyuşn"la yoxlama matçında zədələndiyi üçün əməliyyat olunacaq 23 yaşlı yarımmüdafiəçinin bərpa müddəti məlum deyil. Ancaq onun Avropa Liqanın Bakıdakı finalında "Arsenal"a qarşı  oynamayacağı dəqiqdir.

Qeyd edək ki, "Çelsi" və "Arsenal" arasında final görüşü mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.