Kazorla 4 ildən sonra milliyə çağırıldı

Futbol 17.05.2019 18:55
Kazorla 4 ildən sonra milliyə çağırıldı
228 Dəfə oxunub
İspaniya milli komandasının baş məşqçisi Luis Enrike heyəti açıqlayıb. İspanlar AVRO-2020-nin seçmə mərhələsində Farer adaları və İsveçlə qarşılaşacaq.

Sonuncu dəfə 2015-ci ildə İngiltərə ilə oyunda milliin formasını geyən Santi Kazorla da yığmaya dəvət alıb. "Vilyarreal"ın 34 yaşlı yarımmüdafiəçisi zədə səbəbindən 2016-cı ilin oktyabrından 2018-ci ilin iyuluna kimi yaşıl meydanlardan kənarda qalıb.  

İspaniya millisinin heyəti:

Qapıçılar: Kepa Arrisabalaqa, David de Xea, Pau Lopesş

Müdafiəçilər: Serxio Ramos, Xesus Navas, Dieqo Loryente, Dani Karvahal, Mario Ermoso, İniqo Martines, Xose Qaya, Jordi Alba, Serdji Roberto.

Yarımmüdafiəçilər: Santi Kazorla, Dani Parexo, Rodri Ernandes, Serdji Buskets, Fabian Ruis.

Hücumçular: Mikel Oyarsabal, Rodriqo, Yaqo Aspas, Alvaro Morata, Marko Asensio, İsko.