"Çelsi"nin futbolçusu: "Azərbaycan gözəl ölkədir"

Futbol 23.05.2019 12:09
"Çelsi"nin futbolçusu: "Azərbaycan gözəl ölkədir"
211 Dəfə oxunub
"Çelsi"nin müdafiəçisi David Luis Bakıda keçiriləcək Avropa Liqasının finalı haqqında danışıb. O, məqsədlərinin kuboku qazanmaq olduğunu deyib: "Bu turnirdə hədəfimiz finala gedib çıxmaq idi. Buna nail olduğumuz üçün xoşbəxtəm. Həlledici oyunda da qalib gəlməyə çalışacağıq. Turnirin əvvəlindən bunun üçün çalışırıq".

Braziliyalı futbolçu "Arsenal"ın Henrix Mxtaryanı Bakıya gətirməməsinə də münasibət bildirib: "Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. “Qarabağ”a qarşı oynayan zaman Azərbaycanda olmaq imkanım oldu. Ora  gözəl ölkədir”.

Qeyd edək ki,  Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü mayın 29-u saat 23:00-da başlayacaq.