"Barselona" ilk transferini reallaşdırdı

Futbol 23.05.2019 16:35
"Barselona" ilk transferini reallaşdırdı
417 Dəfə oxunub
İspaniya çempionu "Barselona" ilk transferini reallaşdırıb.  Kataloniya klubu Hollandiyanın "Qroningen" komandasının yarımmüdafiəçisi Lyudovit Reyslə müqavilə bağlayıb.

Müqavilənin müddəti 2022-ci ilə kimi nəzərdə tutulub. "Barsa" bu transferə görə, 3,2 milyon avro xərcə düşüb.

Xatırladaq ki, 18 yaşlı futbolçu 2017-ci ildən "Qroningen" klubunun əsas komandasında çıxış edir.