Emil Balayev "Top-3"də

Futbol 24.05.2019 12:36
Emil Balayev "Top-3"də
189 Dəfə oxunub
Millimizin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan kubokunda yarımfinalında "Kaysar"la ilk oyunun (1:0) ən yaxşı üç futbolçusundan biri olub.

Matçda iki dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 269 xalla 3-cü olub.

Oyunun ən yaxşısı Caba Kankava (303) seçilib. Ruslan Valiullin 272 xalla 2-ci olub.