Çelsi"nin qapıçısı: "Futbolçular və azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar"

Futbol 24.05.2019 13:07
Çelsi"nin qapıçısı: "Futbolçular və azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar"
213 Dəfə oxunub
"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa klubun rəsmi saytına Bakıda keçiriləcək Avropa Liqasının finalı barədə danışıb. O, həlledici görüşə vəsiqə qazandıqları üçün şad olduğunu deyib: "Yarımfinalda “Ayntarxt”la hər iki oyunumuz çətin keçdi və indi son maneəni dəf etməliyik”.

25 yaşlı qolkiper bildirib ki, futbolçular və azarkeşlər finaldan zövq alacaqlar: “Bu, daha bir çətin oyun olacaq. Derbi və finalda hər şey baş verə bilər. Biz titul qazanmaq üçün mübarizə aparacağıq. Kuboku götürsək, bu, “Çelsi”nin ən yaxşı qələbəsi olacaq”.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.