Azad Rəhimov: "Bakıya 30 mindən çox əcnəbi gələcək"

Futbol 24.05.2019 15:35
Azad Rəhimov: "Bakıya 30 mindən çox əcnəbi gələcək"
210 Dəfə oxunub
Gənclər və idman naziri Azad Rəhimov mayın 29-da keçiriləcək Avropa Liqasının final oyunununa görə Bakıya 30 mindən çox əcnəbinin gələcəyini deyib. "Anadolu" agentliyinə açıqlama verən nazir bu oyunun bizim üçün böyük imtahan olduğunu bildirib: "UEFA rısmiləri Bakı Olimpiya Stadionunu təftiş ediblər və 5 ballıq şkala ilə 4,5 bal qiymət veriblər. Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avrupa Oyunları, İslam Həmrəyliyi Oyunları ve “Formula 1” kimi nəhən yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin oyun olacaq”.