"Qalatasaray" Terimlə daha 5 illik müqavilə bağladı

Futbol 26.05.2019 15:25
"Qalatasaray" Terimlə daha 5 illik müqavilə bağladı
329 Dəfə oxunub
"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.

Bunu Türkiyə mətbuatına açıqlamasında klub prezidenti Mustafa Cengiz deyib. Onun sözlərinə görə, 65 yaşlı mütəxəssisin yeni sözləşməsi 5 illikdir.

Qeyd edək ki, İstanbul klubu Fatih Terimin rəhbərliyi altında bu mövsüm həm Türkiyə Superliqasının, həm də ölkə kubokunun qalib olub.