Mauritisio Sarri: "Bakı finalı bizim üçün çox önəmlidir"

Futbol 28.05.2019 12:20
Mauritisio Sarri: "Bakı finalı bizim üçün çox önəmlidir"
271 Dəfə oxunub
"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri UEFA-nın rəsmi saytına açıqlamasında komandasının bu mövsüm titula layiq olduğunu deyib. İtaliyalı mütəxəssis "Arsenal" haqqında da xoş fikirlər səsləndirib: "Adətən, “Arsenal” ilə matçlarda açıq futbol oynayırıq. Rəqibin iki səviyyəli hücumçusu var – Lyakzett və Obameyanq.

“Arsenal” əla hücum edir, aqressiv oynayır və necə təzyiq göstərmək lazım olduğun bilir. Onlarla mübarizə aparmaq asan deyil. Biz finalda Çempionlar Liqasına düşmək naminə oynamaq istəmirdik. Ora çempionat vasitəsilə vəsiqə qazanıb titul götürməyi arzulayırdıq. Final bizim üçün önəmlidir. “Çelsi” bu mövsüm titula layiqdir”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.