Bakı finalını "Çelsi" qazandı

Futbol 30.05.2019 03:45
Bakı finalını "Çelsi" qazandı
323 Dəfə oxunub
Bu gün UEFA Avropa Liqasında final oyunu keçirilib.

Qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün son matçı paytaxtımızda oynanılıb.

Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - Londonun "Çelsi" və "Arsenal" komandaları üz-üzə gəlib. Görüşdən 4:1 hesablı qələbə ilə ayrılan "Çelsi" kuboka sahib olub.

Avropa Liqası

Final

29 may

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) - 4:1
Qollar: Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1),  Eden Hazard, 72 (4:1)