"Qarabağ" daha bir legionerini itirdi

Futbol 03.06.2019 18:32
"Qarabağ" daha bir legionerini itirdi
521 Dəfə oxunub
"Qarabağ" Donald Gerye ilə yollarını ayırıb.

30 yaşlı yarımmüdafiəçi şəxsi "İnstagram" hesabında A]dam klubundan getdiyini yazıb.

Haitili oyunçu Ağdam təmsilçisinə hər şey üçün təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, Donald Gerye 2017-ci ildən "Qarabağ"da çıxış edib. Ölkə çempionu daha öncə Yakub Jezniçak, Reynaldo və İnnosent Emeqara ilə də vidalaşıb.