Millətlər Liqasının final mərhələsi CBC Sport-da!

Futbol 05.06.2019 12:37
Millətlər Liqasının final mərhələsi CBC Sport-da!
603 Dəfə oxunub
Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.

A Liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın yarımfinalında Portuqaliya - İsveçrə və Hollandiya - İngiltərə oyunları keçiriləcək.

Bu gün Portuqaliya və İsveçrə münasibətlərə aydınlıq gətirəcək. Sabah isə Hollandiya İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, bütün oyunlar CBC Sport-la canlı yayımlanacaq.

5 iyun

22:45. Portuqaliya – İsveçrə
Portu. “Draqao” stadionu

6 iyun

22:45. Hollandiya - İngiltərə
Gimaraynş. Afonso Enrike stadionu