"Sabah" "Səbail"in bombardiri ilə müqavilə bağladı

Futbol 07.06.2019 16:07
"Sabah" "Səbail"in bombardiri ilə müqavilə bağladı
202 Dəfə oxunub
“Sabah” yeni mövsüm öncəsində ikinci transferini rəsmiləşdiridb.  

"Səbail"in Konqo əsilli fransalı futbolçusu Kevin Kubemba bundan sonra "Sabah"ın uğurları üçün çalışacaq. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib. O, ötən mövsüm 6 qolla "Səbail"in ən sərrast futbolçusu olub.

Qeyd edək ki, bu, "Sabah"ın yay fasiləsində 2-ci transferidir. Klub bundan əvvəl Cavid Tağıyevi də heyətinə cəlb edib.