Xorvatiya Uelsi məğlub etdi

Futbol 08.06.2019 19:30
Xorvatiya Uelsi məğlub etdi
446 Dəfə oxunub
Bu gün AVRO-2020-nin seçmə mərhələsində III turun oyunları keçirilir. Milli komandamızın mübarizə apardığı E qrupunda Xorvatiya Uels yığmasını qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 17-ci dəqiqədə Lawrence  topu öz qapısına göndərib. 48-ci dəqiqədə isə Perişiç fərqlənib. Qonaqların yeganə qolunu 77-ci dəqiqədə Brooks vurub.

Xorvatiya - 6 xal (3 oyun), Slovakiya - 3 (2 oyun), Uels -3 (2), Macarıstan - 3 (2), Azərbaycan - 0 (1)

H qrupunda İslandiya Albaniya üzərində qələbə qazanıb - 1:0. Yeganə qolu 22-ci dəqiqədə Gudmundsson vurub.