Millətlər Liqasının qalibi müəyyənləşir

Futbol 09.06.2019 17:08
Millətlər Liqasının qalibi müəyyənləşir
242 Dəfə oxunub
Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Həlledici oyunda A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya millisi qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu matçdan əvvəl - saat 17:00-da isə 3-cü yer uğrunda görüşdə İsveçrə və  İngiltərə komandaları üz-üzə gələcək.

Hər iki oyun CBC Sport-la canlı yayımlanacaq.