"Neftçi" Ruslan Abışovla müqaviləni pozdu

Futbol 10.06.2019 14:35
"Neftçi" Ruslan Abışovla müqaviləni pozdu
193 Dəfə oxunub
"Neftçi" kapitanı Ruslan Abışovla yolları ayırıb. Bu barədə klubun rəsmi facebook səhifəsi məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Qeyd edək ki, 2003-2012-ci illərdə "Neftçi"nin formasını geyinən Ruslan daha sonra "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter" kimi komandalarda oynayıb. Müdafiəçi 2017-ci ildə yenidən "ağ-qaralar"a qayıdıb. Onun "Neftçi" il 1 illik müqaviləsi var idi.